Avropa Rusiya ordusuna məhdudiyyətlər tələb edir
Avropa Birliyi dondurulmuş Rusiya aktivlərini girov kimi istifadə edərək Ukraynaya 140 milyard avroluq kredit xəttinin verilməsini sürətləndirmək niyyətindədir. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Parlamentinin üzvləri ilə danışarkən bildirib.
Avropa Komissiyası rəhbərinin sözlərinə görə, növbəti addım hüquqi sənədin təqdimatı olacaq, lakin o, dərc tarixini dəqiqləşdirməyib.
"Politico"nun məlumatına görə, son günlərdə bir neçə avropalı diplomat fon der Leyenin işçilərinə mümkün qədər tez bir zamanda təzminat krediti ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırdığını təsdiqləyib. Bir AB rəsmisi qeyd edib: "Əgər tədbir görməsək, başqaları bizi bu işdə üstələyəcək".
Bu arada, AB-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas çərşənbə günü bildirib ki, Avropa "daha çox hücumların qarşısını almaq üçün Rusiyanın ordusunu və büdcəsini məhdudlaşdırmalıdır". Avropa diplomatiyasının rəhbəri bildirib ki, Moskva "hərbi maşınını məhdudlaşdırmır, əksinə genişləndirir" və döyüş meydanındakı məğlubiyyətlərdən danışıqlar yolu ilə məqsədlərinə çatmaq cəhdlərinə keçməyə çalışır. Kallas müharibənin bitməsinin vacibliyini vurğuladı və Rusiyaya təzyiqin davam etdirilməsinə və Kiyevə dəstək verilməsinə çağırdı.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)



















.jpg)