Android istifadəçilərinə təhlükəli virus hücum edib
Yeni zərərli proqram Sturus Avropadakı smartfon istifadəçilərinə hücum edib. Oxuməni.az isə “Lenta.ru”-ya istinadən xəbər verirki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.
Virusu MTI Security tədqiqatçıları aşkar ediblər. Android ekosistemi üçün hazırlanan bu troyan, qurbanın smartfonunun ekranının məzmununa nəzarət etməklə yanaşı, məlumatların şifrələnməsi sistemlərini də yan keçə bilir. Beləliklə, virus Telegram və Signal messencerlərindən gələn mesajlara daxil ola bilib.
Məqalədə qeyd olunur ki, təhlükəli zərərli proqram ekranı izləməklə məlumat toplayır. Bu halda Sturus demək olar ki, məhdudiyyətsiz imkanlara malikdir. Belə ki, virus şifrələri toplamağa, bank tətbiqlərindən məlumatları öyrənməyə, yazışmaları oxumağa və smartfondakı məlumatları təhlil etməyə qadirdir.
Mütəxəssislər bildiriblər ki, virus Google Chrome və digər populyar tətbiqlər kimi gizlənir. Görünən odur ki, o, internetdəki apk faylları vasitəsilə yayılır. Proqram Android-in qabaqcıl parametrlərindən istifadə edir və ilk işə salınarkən özü üçün yüksək səlahiyyətlər tələb edir. Beləliklə, o, "Digər tətbiqlərin üzərində" funksiyasını işə salır ki, bu da ona cihazın ekranının məzmununu daimi olaraq izləməyə imkan verir.
Sturus virusu Cənubi və Mərkəzi Avropa istifadəçilərində aşkar edilib. MTI Security kəşfləri barədə məlumat verdikdən sonra Google bəyan edib ki, Google Play mağazasında Sturus tərəfindən yoluxmuş tətbiqlər yoxdur. "Android istifadəçiləri Google Play Protect vasitəsilə bu zərərli proqramın tanınmış versiyalarından avtomatik olaraq qorunur", - deyə şirkətdən bildirilib.
Almaz Həsənli















.jpg)
.jpg)
.jpg)


























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)








.jpg)