FTB Vaşinqtonda əsgərlərə atəş açan şəxsin Əfqanıstan vətəndaşı olduğunu müəyyən edib
FTB Vaşinqtonda atıcının şəxsiyyətini müəyyən edib: media xəbərlərinə görə, o, Əfqanıstan vətəndaşıdır. Bu barədə CNN və CBS News-a istinadən məlumat yayıb.
CNN-in məlumatına görə, FTB Milli Qvardiya əsgərlərinə atışmada şübhəlinin şəxsiyyətini müəyyən etdiyinə inanır. Mənbələr bildiriblər ki, atıcının ilkin şəxsiyyəti Vaşinqton ştatından olan və 2021-ci ilin avqustunda Əfqanıstandan ora mühacirət etmiş bir kişinin şəxsiyyəti ilə üst-üstə düşür.
Hüquq-mühafizə orqanlarının bir əməkdaşı əlavə edib ki, hakimiyyət orqanları saxlanılan kişinin barmaq izlərini götürüb və beləliklə, onun ilkin adını əldə edib. Lakin hüquq-mühafizə orqanları hələ də bunu təsdiqləmək üçün çalışır.
Bu arada, CBS həmçinin şübhəlinin 29 yaşlı Əfqanıstan vətəndaşı olduğunu bildirir. Bundan əlavə, nəşr onun adını dəqiqləşdirib: şübhəli atıcı Rəhmanullah Laqanvaldır.
İki mənbəyə görə, şübhəli hücumda tapançadan istifadə edib.
Əziz MUSTAFA













.jpg)
.jpg)
.jpg)


















.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)

















.jpg)