Ağ Evin yaxınlığında baş verən atışmada ABŞ Milli Qvardiyasının iki  əsgəri ağır yaralanıb

Ağ Evin yaxınlığında baş verən atışmada ABŞ Milli Qvardiyasının iki əsgəri ağır yaralanıb

07:56
Bəyəndim (1) Bəyənmədim (0)

Dünən naməlum silahlı şəxs Ağ Evdən iki məhəllə aralıda iki Milli Qvardiya əsgərinə atəş açıb və iki hərbçi yaralanıb. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp Vaşinqtona əlavə 500 əsgər göndərilməsini istəyib. CNN-nin verdiyi məlumata görə, bunu ABŞ Hərbi Katibi Pete Hegseth bildirib.

"Bu, Vaşinqtonu təhlükəsiz və gözəl etmək əzmimizi daha da gücləndirəcək", - Hegseth deyib.

O, əlavə edib ki, Ordu Katibinə sorğu təqdim edəcək. Xatırladaq ki, mediada Ağ Evin yaxınlığında baş verən atışmada iki ABŞ Milli Qvardiyası əsgərinin öldürüldüyü bildirilirdi.

CNN-in məlumatına görə, şübhəli mühafizəçilərə hücum etmək niyyətində olaraq yaxınlaşıb və əvvəlcə bir neçə fut aralıda olan mühafizəçilərdən birinə atəş açıb. Bir mənbəyə görə, şübhəli daha sonra avtobus dayanacağında gizlənməyə çalışan başqa bir əsgərə atəş açıb.

Mənbə bildirib ki, şübhəli istintaqla əməkdaşlıq etmir və həbs olunduğu zaman şəxsiyyətini təsdiq edən sənədləri olmayıb.

ABŞ prezidenti Donald Tramp da hadisə ilə bağlı şərh verib. O, sosial mediada Milli Qvardiyaya atəş açan "heyvanın" cəzalandırılacağını yazıb.

Əziz MUSTAFA