Qazaxıstan tezliklə AZAL təyyarə qəzasının araşdırılması ilə bağlı məlumat dərc edəcək
25 dekabrda Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı istintaq hesabatı bu ilin sonuna qədər təqdim olunacaq.
Oxuməni.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Maksat Kaliakparov hökumət brifinqində məlumat verib.
Maksat Kaliakparov xatırladıb ki, üç ay ərzində ilkin nəticələr artıq müvafiq komissiya tərəfindən tam şəkildə təqdim edilib. Hazırda mürəkkəb məhkəmə ekspertizalarını əhatə edən daha dərin araşdırma aparılır. Kaliakparov bildirib ki, bu, çox əmək tələb edən bir prosesdir və başa çatdıqdan sonra mediaya yekun hesabat təqdim olunacaq.
"Hazırda dəqiq bir müddət deyə bilmərik. Bu, kifayət qədər ciddi bir məsələdir, ona görə də tarixə zəmanət verə bilmərəm. Lakin ilin sonunda mətbuat açıqlaması verəcəyik", - deyə vitse-nazir bildirib.
Almaz Həsənli

















.jpg)
.jpg)
.jpg)



























































.jpg)
