"Zita və Gita" filminin ulduzu  aktyor Dharmendra vəfat edib

"Zita və Gita" filminin ulduzu aktyor Dharmendra vəfat edib

15:53
Bəyəndim (2) Bəyənmədim (0)


Hindistanlı aktyor və siyasətçi Dharmendra (əsl adı Dharam Singh Deol) 90 yaşında vəfat edib. Bu barədə The Independent qəzeti məlumat yayıb.

Ölüm səbəbi məlum deyil. O, 7 noyabrda Mumbayda xəstəxanaya yerləşdirilib. Nəfəs alma problemlərindən şikayətlənib. Daha sonra xəstəxanadan buraxılıb.

Dharmendra film debütünü 1960-cı ildə edib. Onun filmoqrafiyasında təxminən 300 rol var. O, "Qisas və Qanun", "Cəsarətli Sevgi", "Rokki və Rani: Sevgi Hekayəsi", "Zita və Gita" və "Sevgili Rajah" kimi layihələrdə rol alıb.

Dharmendra Hindistanda üçüncü ən yüksək mülki mükafat olan Padma Bhuşan mükafatına layiq görülüb. O, həmçinin Hindistan kinosuna verdiyi töhfəyə görə bir neçə mükafat alıb. Dharmendranın son filminin 2025-ci ilin dekabr ayında nümayişi planlaşdırılır.

Əziz MUSTAFA