Tramp keçmiş vitse-prezident Çeyninin vida mərasimində iştirak etmədi
Vaşinqtonda noyabrın əvvəlində vəfat etmiş, Corc Buş-kiçiyin administrasiyasında çalışmış keçmiş vitse-prezident Dik Çeyni ilə vida mərasimi keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" məlumat yayıb.
Milli Kafedralda keçirilən anım mərasiminə ABŞ-ın siyasi elitasının nümayəndələri, o cümlədən keçmiş prezidentlər Corc Buş və Co Bayden qatılıblar. Hazırkı prezident Donald Tramp və vitse-prezident Cey Di Vens dəvət olunmayıblar.
Çeyni son illərdə Trampı kəskin tənqid etmiş və hətta 2024-cü il seçkilərində özü respublikaçı olsa da və demokratlarla münaqişədə olsa da, onun rəqibi, demokrat Kamala Harrisə dəstək vermişdi. Tramp isə 3 noyabr 2025-ci ildə Çeyniinin ölümünə heç bir şərh verməmişdi.
Vida mərasimində hazırda yaşayan bütün keçmiş vitse-prezidentlər - Den Quayl, Albert Qor, Kamala Harris və Mayk Pens iştirak ediblər. Mayk Pens Trampın ilk administrasiyasında vitse-prezident olmuş və sonradan ondan ayrılmışdı.
Mərasimdə Buş və mərhumun qızı Liz Çeyni çıxış ediblər. Liz Çeyni də Trampa qarşı çıxmış və hazırkı prezidentin tərəfdarlarına məğlub olaraq Konqresdəki yerini itirmişdi.
Çeyni 2001-2009-cu illərdə vitse-prezident vəzifəsində çalışıb. O, onilliklər boyu Amerika siyasətində təsirli və mübahisəli fiqur olub. Xüsusilə, 11 sentyabr 2001-ci il terror aktlarından sonra "Terrorla müharibə"nin əsas ideoloqlarından biri hesab olunur. Bu müharibə çərçivəsində 2003-cü ildə İraqa müdaxilə də həyata keçirilib. Tramp Çeynini "adında respublikaçı" adlandırıb və onu müharibələri qızışdırmaqda günahlandırıb. Çeyni isə Trampı "qorxaq" adlandırıb və iddia edib ki, ABŞ tarixində "respublikamız üçün Donald Tramp qədər böyük təhlükə yaradan heç bir insan olmayıb".
Almaz Həsənli


















.jpg)


.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)

























