Tokayev Paşinyana Qazaxıstanın ən yüksək dövlət mükafatını təqdim etdi
Oxuməni.az “Akorda”-ya istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş nazirinə "Altın Kıran" ordenini təqdim edib.
Mükafatlandırma mərasimindəki çıxışında Kasım-Jomart Tokayev Nikol Paşinyanı ölkəsinin inkişafına yeni enerji qatmağı və dövlət quruculuğunun bütün sahələrində islahatlara güclü təkan verməyi bacaran Ermənistanın əsl milli lideri hesab etdiyini qeyd edib.
Kasım-Jomart Tokayev bu gün Qazaxıstan-Ermənistan dövlətlərarası münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb.
“Altın Kıran” ordeni (Qızıl Qartal-red.) Qazaxıstanda ən yüksək fərqlənmə nişanıdır. Bu orden vətəndaşlara Qazaxıstan Respublikasına müstəsna ictimai xidmətlərinə görə verilir. "Altın Kıran" ordeninə namizədlər Qazaxıstan Prezidenti tərəfindən müəyyən edilir.
Xatırladaq ki, Paşinyan 20 noyabr 2025-ci ildə Astanaya rəsmi səfərə gəlib.
Almaz Həsənli


















.jpg)


.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)

























