Avropa İttifaqı Rusiyaya qarşı hədəflənmiş sanksiyalar tətbiq etmək istəyir

Avropa İttifaqı Rusiyaya qarşı hədəflənmiş sanksiyalar tətbiq etmək istəyir

10:32
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa İttifaqı əsas sanksiyalar paketlərini gözləmədən hədəflənmiş tədbirləri həyata keçirmək üçün Rusiya əleyhinə sanksiyaları tədricən sərtləşdirmək imkanlarını müzakirə edir. RİA Novosti agentliyinin məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşünün ardınca bildirib.

"20-ci sanksiyalar paketi ilə bağlı biz onun üzərində işləyirik, lakin biz həmçinin hər dəfə əsas sanksiyalar paketlərini gözləmədən addım-addım irəliləyərək, məsələn, "kölgə donanmasına" diqqət yetirərək daha effektiv hərəkət edə biləcəyimizi müzakirə etdik", - deyə o bildirib.

20 noyabrda Aİ Rusiyaya qarşı sanksiya siyahısına iddia edilən ciddi insan haqları pozuntularına görə 10 Rusiya vətəndaşını əlavə etdi. Məhdudiyyətlər Federal Penitensiar Xidmətin (FSIN) və Rusiya məhkəmə sisteminin nümayəndələrinə şamil edilir.

"Bloomberg" agentliyi daha əvvəl 20 noyabrda Aİ xarici işlər nazirlərinin Rusiya neftini daşıyan tankerlərə qarşı yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edəcəyini bildirmişdi. Nəşr qeyd edir ki, görüş iştirakçıları Rusiyanın Aİ sanksiyalarından yayınmaq üçün istifadə etdiyi gəmilərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə gəmiləri qeydiyyatdan keçirən dövlətlərlə əməkdaşlığı gücləndirməyi nəzərdən keçirəcəklər.

Əziz Mustafa