Rusiyanın Qdanskdakı Baş Konsulluğuna dekabrın 23-dək bağlanması planlaşdırılır

Rusiyanın Qdanskdakı Baş Konsulluğuna dekabrın 23-dək bağlanması planlaşdırılır

11:08
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş bildirib ki, Qdanskdakı sonuncu aktiv Rusiya Baş Konsulluğunun dekabrın 23-dək bağlanması planlaşdırılır. O bildirib ki, bütün konsulluq işçiləri həmin tarixə qədər ölkəni tərk etməlidirlər.

Cənab Ordaşın sözlərinə görə, bu, Polşa hakimiyyətinin ölkədəki "Rusiyanın təxribat aktlarında iştirakı iddiasına" cavabıdır. O qeyd edib ki, Rusiyanın Polşada bir konsulluq ofisi - səfirliyin konsulluq şöbəsi qalıb ki, bu da onun iş yükünü əhəmiyyətli dərəcədə artıracaq. Cənab Ordaş "Rossiya 1" telekanalında bildirib ki, "Polşalıların İrkutskda da bir baş konsulluğu qalıb. Düşünürəm ki, onun taleyi həll olunub".

Öz növbəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya konsulluğunun bağlandığını elan edib. Polşa hakimiyyəti bunu 16 noyabrda Mazovetski voyevodalığında baş verən dəmir yolu təxribatına cavab kimi xarakterizə edib. Qatar sürücüsü Qarvolin stansiyası yaxınlığında relslərdə zədələnmə olduğunu görüb. Polşa müdafiə naziri bir gün əvvəl Rusiyanı təxribatda ittiham etmişdi. Lakin o, cinayətkarların hələ müəyyən edilmədiyini qeyd etmişdi.

Əziz Mustafa