100 kiloqramlıq qızıl unitaz "Amerika" hərracda 12,1 milyon dollara satılıb

100 kiloqramlıq qızıl unitaz "Amerika" hərracda 12,1 milyon dollara satılıb

08:06
Bəyəndim (2) Bəyənmədim (0)

Məşhur italyan rəssamı Maurizio Cattelan tərəfindən yaradılan 100 kiloqramlıq 18 karatlıq qızıl unitaz "Amerika" Sotheby's hərracında 12,1 milyon dollara satılıb.

Catelanın "Amerika" adlı əsəri 101,2 kq qızıldan ibarət tam işləyən unitazdır. Yalnız iki belə nümunə mövcuddur. Onlardan biri 2019-cu ilin sentyabr ayında Böyük Britaniyadakı Blenheim Sarayında orada incəsənət sərgisinin bir hissəsi kimi nümayiş etdirildi, lakin oradan da naməlum şəxslər tərəfindən oğurlandı.

100 kiloqramlıq 18 karatlıq qızıl unitazı alan imkanlı adamın adı açıqlanmayıb. Buna səbəb unitazın oğurlanmasının qarşısını almaq və onu alan şəxsin təhlükəsizliyinin təmin edilməsi olub. 100 kiloqramlıq 18 karatlıq qızıl unitaz alanın onu qiymətli sənət əsəri kimi saxlayacağı və gələcəkdə aldığı qiymətdən on dəfələrlə baha qiymətə satacağı ehtimal edilir.

Əziz MUSTAFA