Banqladeşin sabiq Baş naziri Şeyx Həsinə ölüm cəzasına məhkum edilib

Banqladeşin sabiq Baş naziri Şeyx Həsinə ölüm cəzasına məhkum edilib

14:01
Bəyəndim (2) Bəyənmədim (0)


Banqladeşin Baş naziri Şeyx Həsinə ötən il hökumət əleyhinə keçirilən etiraz aksiyalarının qəddarcasına yatırılması ilə əlaqədar insanlığa qarşı cinayətlərə görə qiyabi olaraq ölüm cəzasına məhkum edilib. Bu barədə BBC məlumat yayıb. Qərar paytaxt Dakkada fəaliyyət göstərən xüsusi tribunal tərəfindən qəbul edilib.
"Təqsirləndirilən Baş nazir pilotsuz təyyarələr, vertolyotlar və ölümcül silahların istifadəsi barədə əmr verərək insanlığa qarşı cinayətlər törədib", - deyə hakim Qulam Murtuza Mozumder bildirib.
Hökm elan olunduqdan sonra məhkəmənin daxilində və xaricində sevincli qışqırıqlar eşidilib. Məhkəmə zalında olanlar bir neçə saniyə alqışladıqdan sonra, məhkəmə onlardan ədəb-ərkan gözləməyi xahiş edib.
Həsinə devrildikdən sonra ölkəni tərk edərək Hindistana yerləşib. Hindistan hakimiyyəti siyasətçinin məhkəmə üçün ekstradisiyasına imtina edirdi. O, bütün ittihamları rədd edir və tribunalı "siyasi motivli bir fars" adlandırır. "Onlar istədikləri hökmü çıxarsınlar. Mənə fərqi yoxdur. Allah mənə bu həyatı verib və yalnız O, onu sonlandırar. Mən yenə də xalqıma xidmət edəcəyəm", - deyə o, iclasdan əvvəlki çıxışında bildirib.
Hökm elan olunmamışdan əvvəl Banqladeşin paytaxtında gərginlik hökm sürürdü: şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilmiş, polis və ordu məhkəmə ərazisini mühasirəyə almışdı. Polisə təhlükə aşkarlandıqda, yəni bomba atan və ya avtomobil yandıran şəxslər görüldükdə "yerindəcə atəş açmaq" əmri verilmişdi. İclas günü səhər məhkəmə yaxınlığındakı yola kiçik bir bomba atıldıqdan sonra polis küçələri bağlayıb.
Almaz Həsənli