Napaleonun brilyant broşu Sotheby's hərracında 4,4 milyon dollara satılıb
Napaleon Bonapartın olduğu ehtimal edilən brilyant broşu Cenevrədəki Sotheby's hərracında özəl kolleksiyaçı tərəfindən 4,4 milyon dollara alınıb. Oxuməni.az xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.
Bu məbləğ 150-250 min dollarlıq qiymətləndirmə dəyərini xeyli üstələyib.
Lotun təsvirində qeyd olunur ki, bu broşu 1815-ci ildə Vaterlo döyüşündən geri çəkilərkən Napaleonun faytonunda qoyduğu dəbilqə bəzəyi kimi dəqiq müəyyən etmək mümkündür. Həmin vaxt Prussiya ordusu imperatorun şəxsi əşyalarını, o cümlədən medallarını, silahlarını, gümüş qabların
ı, şlyapasını və qiymətli daşlar qutusunu daşıyan ən azı iki faytonu ələ keçirib və müsadirə edib.
General-feldmarşal Gebxard Leberext fon Blüxer, simvolik dəyəri olduğuna görə Napaleonun ələ keçirilmiş şlyapasını və qılıncını Prussiya kralı III Fridrix Vilhelmə göndərdiyi barədə qeyd edib. Broş təxminən iki əsr ərzində Hohenzollernlər kral ailəsinin mülkiyyətində qalıb, son illərdə isə özəl kolleksiyada olub.
Bəzək əşyası dairəvi formadadır. Mərkəzində 13,04 karatlıq oval brilyant yerləşir. Əsas daşı müxtəlif formalı və ölçülü təxminən yüzə yaxın daha kiçik brilyant əhatə edir.
“Royal & Noble Jewels” hərracında Napaleonla əlaqəli başqa bir lot da təqdim olunub - təxminən 133 karatlıq yaşıl beril. Bu daş haqqında ilk yazılı məlumat Prussiya kraliçası Yelizaveta Lüdovika Bavariyanın vəsiyyətnaməsində yer alır. O, "Napaleonun tacqoyma mərasimi zamanı geydiyi brilyant çərçivəli akvamarin" kimi qeyd olunur.
Yaşıl beril 40-60 min dollarlıq qiymətləndirmə ilə 32 min dollara satılıb.
Almaz Həsənli

















































































