Səudiyyə Ərəbistanında yol qəzasında 40-dan çox Hindistanlı zəvvar həlak olub

Səudiyyə Ərəbistanında yol qəzasında 40-dan çox Hindistanlı zəvvar həlak olub

11:33
Bəyəndim (2) Bəyənmədim (0)


Cənubi Asiya respublikasından olan Telangana ştatının ən azı 42 Hindistanlı zəvvarı Səudiyyə Ərəbistanında baş vermiş böyük yol qəzasında həlak olub. Bu barədə "India Today" telekanalı məlumat yayıb.
Avtomobil qəzası noyabrın 17-si səhər tezdən baş verib. Məkkədən Mədinəyə gedən avtobus dizel yanacağı daşıyan avtosisternlə toqquşub. İlkin məlumata görə, zərbə o qədər güclü olub ki, sərnişinlərin bir çoxu hadisə yerindəcə həlak olub, bir neçə nəfər isə ağır yaralanıb. Hadisə yerinə təcili yardım xidmətləri dərhal gəlib, onlar xilasetmə işləri aparır və zərərçəkənlərə tibbi yardım göstərirlər.
Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Jayşankar həlak olanların ailələrinə başsağlığı verib. O bildirib ki, Ər-Riyaddakı Hindistan diplomatları və Ciddədəki baş konsulluq zərərçəkən vətəndaşlara və qəza qurbanlarının qohumlarına mümkün olan bütün dəstəyi göstərirlər.
Almaz Həsənli