Ukrayna Yunanıstandan qaz idxalı üçün yeni marşrut razılaşdırıb
Ukrayna Yunanıstandan qaz tədarükü üçün yeni marşrut razılaşdırıb, bu barədə prezident Vladimir Zelenski məlumat verib. Onun sözlərinə görə, razılaşma Rusiya zərbələri nəticəsində qış dövründə Ukrayna hasilatının itkilərini kompensasiya etməyə imkan verəcək.
"Bu, qaz tədarükünün daha bir marşrutu olacaq – Ukraynaya qaz idxalı marşrutlarını qış üçün maksimum dərəcədə təhlükəsiz etmək üçün. Artıq qaz idxalının maliyyələşdirilməsi ilə bağlı razılaşmalarımız var və biz təxminən iki milyard avro ehtiyacı ödəyəcəyik", – Zelenski teleqram kanalında yazıb.
Qeyd edildiyi kimi, maliyyə dəstəyini Ukraynanın Avropalı tərəfdaşları və Avropa Komissiyasının zəmanəti ilə Avropa bankları göstərir.
Zelenskinin sözlərinə görə, Ukrayna üçün ilk qaz partiyaları yanvar ayında gələcək. Yanacaq Aleksandrupolisdən Odessaya çatdırılacaq.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, onun ölkəsi Amerika maye qazının Mərkəzi və Şərqi Avropaya tədarükü üçün əsas tranzit məntəqəsinə çevrilir.
“Bloomberg”-in məlumatına görə, Rusiya zərbələri nəticəsində 2025-ci ilin oktyabr ayına qədər Ukraynanın daxili təbii qaz hasilatının yarısından çoxu məhv edilib.
Almaz Həsənli


































































.jpg)
.jpg)
.jpg)













