Stokholmda ikimərtəbəli avtobusun avtobus dayanacağına çırpılması nəticəsində bir neçə nəfər ölüb
İsveç polisinin sözçüsü bildirib ki, ikimərtəbəli avtobus Stokholmun mərkəzindəki Östermalm rayonunda Valhalla bulvarında ictimai nəqliyyat dayanacağına çırpılıb. Ölən və yaralananlar var, dəqiq rəqəm verilmir. “İnterfaks”-ın məlumatına görə, “Aftonbladet” xəbər verir ki, 3 nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb.
Avtobus sürücüsü saxlanılıb. Qəza, ağır nəticələrə səbəb olmuş qəsdən olmayan ölüm maddəsi üzrə araşdırılır.
Qəza cümə günü saat 15:24-də (Bakı vaxtı ilə 18:24) baş verib. Avtobus boş idi. Qəzanın baş verdiyi küçənin əhəmiyyətli bir hissəsi axşam saatlarına baxmayaraq bağlanıb.
“Stokholmun mərkəzində bir avtobus dayanacağında bir neçə nəfərin öldüyü və yaralandığı barədə faciəvi xəbər aldım... Səbəbini hələ bilmirik, amma mənim fikrim yaralılarla və onların ailələrindədir”. - İsveçin baş naziri Ulf Kristersson sosial şəbəkədə məlumat verib.
Almaz Həsənli













































.jpg)
.jpg)
.jpg)













































