Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 22 nəfər barəsində həbs qərarı çıxarılıb
Ankara Baş Prokurorluğu, Quru Qoşunları Komandanlığında FETÖ adlı gizli qurumun fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində 22 şübhəli şəxs barəsində həbs qərarı verib.
Türkiyə Terrorla Mübarizə Cinayətləri İstintaq Bürosu, Quru Qoşunları Komandanlığına sızaraq "gizli xidmət" şəbəkəsi vasitəsilə fəaliyyət göstərən FETÖ təşkilatı ilə əlaqəsi sübuta yetirilən şəxslər barəsində istintaqa başlayıb.
Oxuməni.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, şübhəli şəxslər Ankaradakı köşklərdə, marketlərdə və dükanlarda yerləşən ödənişli stasionar telefonlardan istifadə edərək təşkilatın "gizli menecerləri" ilə əlaqə saxlayıblar.
Həbs edilən 22 nəfər arasında 8-i hazırda xidmətdə olan hərbçi, 6-sı təqaüdə çıxmış, 4-ü əvvəllər xidmətdən azad edilmiş, 3-ü dövlət qulluqçusu və 1-i özəl sektor nümayəndəsidir.
Eyni zamanda, 9 vilayətdə şübhəli şəxslərin saxlanılması üçün əməliyyatlar keçirilir.
Almaz Həsənli





























.jpg)


.jpg-1-1.jpg)

.jpg)















































