Euronews-un Bakı ofisinin açılış mərasimi keçirilib

Euronews-un Bakı ofisinin açılış mərasimi keçirilib

10:39
Bəyəndim (2) Bəyənmədim (0)


Euronews-un Bakı ofisinin rəsmi açılış mərasimi 17 noyabrda baş tutub.
Oxuməni.az-ın Report-a istinadən verdiyi məlumata görə, kanalın İdarə Heyətinin sədri Pedro Varqas David salamlama nitqi ilə çıxış edib.
"Bu gün sizin qarşınızda dayanmaq və Euronews-un Bakı ofisini rəsmi olaraq açmaq mənim üçün böyük şərəf və qürurdur. Euronews 20 dildə yayımlanan aparıcı Avropa xəbər kanalıdır. Hər ay 145 milyondan çox insan bizi izləyir. Bizim iştirakımız Azərbaycanla birgə gördüyümüz işlər sayəsində mümkün olub", - deyə kanalın baş direktoru qeyd edib.
Tədbirdə Euronews-un bu günə qədər Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bəzi layihələr təqdim olunub.
Eurasia Talks şousunun buraxılışının yazılışı da baş tutdu. Bu buraxılışda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderləri ilə regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər haqqında müsahibələr yer aldı.
Daha sonra tədbir mədəni proqramla davam edib.
Oxuməni.az