Suriya uyğur döyüşçülərinin deportasiyası ilə bağlı xəbərləri təkzib etdi

Suriya uyğur döyüşçülərinin deportasiyası ilə bağlı xəbərləri təkzib etdi

14:01
Bəyəndim (3) Bəyənmədim (0)

SANA dövlət agentliyi Suriya XİN-dəki rəsmi mənbəyə istinadən bildirib ki, "AFP-nin Suriya hökumətinin döyüşçüləri Çinə təhvil vermək niyyəti barədəki məlumatı həqiqətə uyğun deyil".

Bundan əvvəl AFP iki anonim mənbəyə istinadən material yayımlamışdı. Həmin mənbələr iddia edirdilər ki, guya Dəməşq uyğur döyüşçülərini deportasiya etməyə hazırlaşır və bu məsələ Suriya xarici işlər naziri Esad Həsən əş-Şeybaninin Çinə ilk səfəri zamanı müzakirə olunmalı idi. Mənbələrdən biri "yaxın dövrdə 400 uyğur döyüşçüsünün təhvil verilməsi" planlarından danışırdı.

Bazar ertəsi SANA xarici siyasət idarəsindəki "rəsmi mənbəyə" istinad edərək bu iddiaları təkzib edib və AFP-nin məlumatının əsassız olduğunu bildirib.

Almaz Həsənli