Türkiyə Ukraynada atəşkəs variantlarını Rusiya ilə müzakirə etməyə həmişə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynada həll variantlarını Rusiya ilə müzakirə etməyə həmişə hazır olduğunu bildirib.
"Bu çətin şəraitdə ölkəni tərk etmədən fəaliyyətini davam etdirən türk sahibkarlarının dəstəyi ilə Ukraynanın bərpasına töhfə verməyə çalışırıq. Lakin, ilk növbədə, Türkiyə olaraq, atəşkəsi sürətləndirəcək və ədalətli və davamlı sülhə yol açacaq təklifləri Rusiya ilə müzakirə etməyə həmişə hazırıq", - deyə Ərdoğan Ankarada Vladimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin vurğulayıb ki, Türkiyə ABŞ-ın münaqişənin həlli prosesində iştirakına "böyük əhəmiyyət verir".
Əziz Mustafa
Digər xəbərlər
















.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)





































