Alimlər oturaq işin kişilərin sağlamlığına zərəri barədə xəbərdarlıq etdilər

Alimlər oturaq işin kişilərin sağlamlığına zərəri barədə xəbərdarlıq etdilər

11:29
Bəyəndim (0) Bəyənmədim (0)


Oturaq iş ilə əlaqəli oturaq həyat tərzi kişilərin sağlamlığında ciddi problemlərə səbəb ola bilər. SM-Clinic Reproduktiv Sağlamlıq Mərkəzinin uroloqu və androloqları arşaırma nəticəsində bu nəticəyə gəliblər. Araşdrmada qeyd edilir ki, həyatın müasir tempi öz şərtlərini diktə edir və bir çox kişi üçün oturaq iş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin, az adam bunun kişilərin sağlamlığına mənfi təsirini nəzərə alır. Buraya yalnız kiçik bel və çanaq ağrıları deyil, həm də reproduktiv funksiyaya və ümumi rifaha təsir edən daha ciddi problemlər daxildir.

Alimlər uzun müddət oturmaqla əlaqəli üç əsas risk faktorunu müəyyən etdi. İlk növbədə qan dövranı problemləri: uzun müddət oturmaq çanaq orqanlarına qan axınını ləngidir. Bu, qan durğunluğuna və toxuma oksigen çatışmazlığına səbəb olur ki, bu da prostat və xayaların fəaliyyətinə mənfi təsir göstərir. Prostatit və digər iltihabi xəstəliklərin inkişaf riski əhəmiyyətli dərəcədə artır.

Onların sözlərinə görə, digər ciddi problem hormonal balanssızlıqdır.

Belə ki, oturaq işlə müşayiət olunan oturaq həyat tərzi əsas kişi cinsi hormonu olan testosteron səviyyəsinin azalmasına səbəb olur. Bu, libidonun azalmasına, erektil disfunksiyaya, əzələ itkisinə və çəki artımına səbəb ola bilər.

Ekspertlər həmçinin qeyd etdləri ki, oturaq iş çox vaxt zəif qidalanma və fiziki fəaliyyətin olmaması ilə müşayiət olunur ki, bu da artıq çəki artımına səbəb olur. Piylənmə isə öz növbəsində qan dövranı və hormonal problemləri daha da ağırlaşdırır və ürək-damar xəstəlikləri və kişi reproduktiv sistemi xəstəlikləri riskini artırır.

Araşdırmada o da vurğulanır ki, bütün bu problemlərin həlli yolları var. Dartınma, idman, düzgün qidalanma və erqonomik iş yeri üçün müntəzəm fasilələr oturaq işin kişilərin sağlamlığına mənfi təsirini minimuma endirməyə kömək edə biləcək tədbirlərdən yalnız bəziləridir. Unutmayın ki, bədəninizə və sağlamlığınıza qayğı göstərmək uzunömürlülüyə və dolğun həyata sərmayədi.

Əziz MUSTAFA