Axios: ABŞ və Rusiya Ukrayna üzrə gizli plan üzərində işləyir

Axios: ABŞ və Rusiya Ukrayna üzrə gizli plan üzərində işləyir

10:14
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya hakimiyyəti ilə gizli şəkildə yeni plan üzrə danışıqlar aparır. Bu barədə çərşənbə günü, ABŞ-ın “Axios” portalı ABŞ və Rusiya rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin versiyasına görə, söhbət Trampın Qəzza sektorundakı uğurlu səylərindən ilhamlanmış 28 maddəlik ABŞ planından gedir. Layihədə dörd məsələyə toxunulur: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik, Vaşinqtonun Moskva və Kiyevlə münasibətlərinin gələcəyi.
Portal iddia edir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff sənəd üzərində işləyir və bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyevlə ətraflı müzakirələr aparıb.
Dmitriyev oktyabrın 24-dən 26-dək Mayamidə olub və Uitkoff və Trampın komandasının digər üzvləri ilə üç günlük danışıqlar apardığını qeyd edib. " Uitkoff ilə ABŞ-da keçirilən üç günlük məhsuldar görüşlər - sülh yolu, ticarət, iqtisadi əməkdaşlıq müzakirə edildi. Yaxın gələcəkdə daha çox irəliləyiş gözlənilir", - deyə Dmitriyev X sosial şəbəkəsində yazıb.
“Axios” sülh planının detallarını və tərəflərin Ukraynadakı ərazi məsələləri ilə bağlı mövqeyini açıqlamır. Noyabrın 18-də Dmitriyev portalıa bildirib ki, Rusiya və ABŞ məhbus mübadiləsinin növbəti imkanını müzakirə ediblər.
Almaz Həsənli