Tramp Epşteynin bütün iş sənədlərinin açıqlanmasına dair qanunu imzaladı
Donald Tramp Ədliyyə Nazirliyinin cinsi istismar məqsədilə insan alverində ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı bütün materialları açıqlamasını tələb edən qanunu imzaladı. Oxuməni.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Tramp sosial media hesabı olan Truth Social-da qeyd edir ki, Epşteyn "2019-cu ildə Demokratlar tərəfindən deyil, Trampın Ədliyyə Nazirliyi tərəfindən ittiham olunub", "ömürlük Demokrat olub", "Demokrat siyasətçilərə minlərlə dollar bağışlayıb" və "Demokrat Partiyasının bir çox tanınmış xadimləri ilə sıx əlaqədə olub".
"Bəlkə də bu Demokratlar və onların Ceffri Epşteynlə əlaqələri haqqında həqiqət tezliklə ortaya çıxacaq, çünki mən Epşteynin sənədlərinin açıqlanmasına dair qanunu yeni imzaladım!" deyə Tramp yazıb.
O, əlavə edib ki, şəxsən Nümayəndələr Palatasının spikeri Mayk Consondan və Senatın Çoxluq Lideri Con Taundan müvafiq olaraq bu qanunvericiliyi Nümayəndələr Palatasından və Senatdan keçirmələrini xahiş edib və "bu tələb sayəsində səsvermə demək olar ki, yekdilliklə keçib". Tramp yazıb: "Mənim göstərişimlə Ədliyyə Nazirliyi artıq təxminən 50.000 səhifə sənədi Konqresə təhvil verib.
Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn cinsi istismar məqsədilə insan alverində ittiham olunurdu. Müstəntiqlərin sözlərinə görə, iş adamı yetkinlik yaşına çatmayan qızlardan cinsi xidmətlər almış və onları nüfuzlu şəxslərə "borc vermiş" idi. Epşteyn ilk dəfə 2008-ci ildə fahişəlik şəbəkəsi təşkil etmək ittihamı ilə məhkum edilib. Daha sonra o, günahını boynuna götürüb və nəticədə 13 ay həbs cəzası alıb. O, 2019-cu ilin iyul ayında insan alveri ittihamı ilə yenidən həbs edilib. Həbsdən qısa müddət sonra Epşteyn Nyu-York həbsxana kamerasında intihar edib.
Almaz Həsənli

























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)


























