Mask süni intellektin inkişafı ilə pul dövriyyəsinin gələcəyi haqqında danışıb

Mask süni intellektin inkişafı ilə pul dövriyyəsinin gələcəyi haqqında danışıb

10:40
Bəyəndim (2) Bəyənmədim (0)


Milyarder İlon Mask bildirib ki, süni intellektin (Sİ) indiki inkişaf sürəti qorunarsa, bəşəriyyət uzunmüddətli perspektivdə pul dövriyyəsindən uzaqlaşa bilər.
Bu barədə Business Insider məlumat yayıb, Oxuməni.az Gazeta.ru-ya istinadən xəbər verir.
Mask qeyd edib ki, bu halda elektrik enerjisi və ya fizikanın fundamental elementləri kimi güc məhdudiyyətləri hələ də mövcud olacaq, lakin valyuta bir nöqtədə əhəmiyyətini itirəcək.
O, fikirlərini İen Benksin "Mədəniyyət" elmi fantastika seriyası ilə əlaqələndirib. Sahibkar hesab edir ki, bu kitablar "Sİ-nin ehtimal olunan müsbət gələcəyi" haqqında təsəvvür əldə etməyə kömək edir.
Almaz Həsənli