ABŞ altıncı nəsil qırıcı təyyarəsini 2028-ci ildə sınaqdan keçirməyə başlayacaq
Amerikanın "Boeing" şirkəti altıncı nəsil "F-47" qırıcısının ilk uçuş sınaqlarına 2028-ci ildə başlamağı planlaşdırır. Bu barədə şirkətin Müdafiə, Kosmik və Təhlükəsizlik bölməsinin baş direktoru Stiv Parker Dubay Hava Sərgisində bildirib. O, qeyd edib ki, Növbəti Nəsil Hava Dominansı (NGAD) proqramı çərçivəsində hazırlanan təyyarə artıq istehsalata başlayıb.
ABŞ Hərbi Hava Qüvvələri bu təyyarələrdən ən azı 185 ədəd əldə etmək niyyətindədir. "F-47" haqqında ətraflı texniki məlumat hələlik mövcud olmasa da, onun döyüş radiusunun 1600 km-i, maksimal sürətinin isə "Max 2"ni (təxminən 2248 km/saat) keçəcəyi bildirilir. Qırıcı gücləndirilmiş gizlilik xüsusiyyətinə malik olacaq və döyüş əməliyyatlarının ön cəbhəsində pilotsuz uçuş aparatları (PUA) dəstəsi üçün mərkəzi idarəetmə mərkəzi kimi xidmət edəcək.
NGAD proqramı altıncı nəsil pilotlu qırıcı, döyüş dəstək dron, yeni "AIM-260" taktiki raketi və ehtimal ki, digər məxfi inkişaflar da daxil olmaqla bir sıra sistemlərin inkişafını əhatə edir. Mart ayında ABŞ Prezidenti Donald Tramp "F-47" qırıcısının hazırlanmasının bir neçə ildir davam etdiyini elan edərək, təyyarənin unikal sürətini, manevr qabiliyyətini və silahlanmasını vurğuladı.
Əziz MUSTAFA
























.jpg)
.jpg)
.jpg)
























































