ABŞ-da "süd məhsulları”nın qiymətlərinin düşməsi səbəbindən ödənişli, inəklərlə qucaqlaşma xidmətləri təklif olunur
İnəklərlə ödənişli qucaqlaşma xidməti ABŞ fermalarında yenidən populyarlıq qazanıb. Bu, ölkədə və dünyada süd məhsullarının qiymətlərinin düşməsi fonunda kənd təsərrüfatı istehsalçıları üçün əlavə gəlir mənbəyi kimi çıxış edir. Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, belə bir xidmət ilk dəfə 2020-ci ildə koronavirus pandemiyası zamanı sosial təcridlə mübarizə üsulu kimi populyarlıq qazanmışdı. İndi isə bir çox fermer yenidən ödənişli, inəklərlə qucaqlaşma xidmətləri təklif edir, çünki istehsalçılar əlavə gəlirə ehtiyac duyurlar. BMT-nin məlumatlarına görə, oktyabr ayında süd məhsullarının qiymət indeksində beş bəndlik azalma müşahidə olunub. Bu azalma dördüncü aydır ki, davam edir.
Qəzet belə xidmətlər təklif etməyə başlayan bir neçə süd fermasının nümunəsini gətirir. Onlardan bəziləri məhsul istehsalını tamamilə dayandırıb və inəklərlə ünsiyyət xidmətləri göstərməyə keçiblər. Fermerlər heyvanları xüsusi olaraq insanlarla yanaşı oturmağa və onlara yaxınlaşmağa öyrədirlər. Bəziləri bunun üçün yalnız buzovlardan istifadə edir, çünki onlar daha kiçikdirlər və insanlara etibar etməyi daha asan öyrənirlər. İnəklərlə bir saatlıq qucaqlaşma təxminən 30-40 dollara başa gəlir.
Amerikanın Kornell Universitetinin iqtisadçısı Kristofer Vulfun sözlərinə görə, ABŞ sakinləri inflyasiyanın artması səbəbindən restoranlara daha az gedirlər. Bu da süd məhsullarına tələbatın azalmasına səbəb olur. Bundan əlavə, fermerlərin aşağı gəlirlərinin səbəbləri arasında ABŞ prezidenti Donald Tramp administrasiyasının digər ölkələrlə apardığı ticarət müharibələrini də qeyd edir. Gömrük rüsumları səbəbindən gübrə, texnika və avadanlıqların qiymətləri artıb.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)




















