"Kainat Gözəli - 2025" müsabiqəsinin qalibi meksikalı qadın oldu
"Kainat Gözəli - 2025" gözəllik müsabiqəsinin qalibi 25 yaşlı Meksikalı Fatimə Boş olub. Tacı ona ötən ilin finalçısı, Danimarkadan olan Viktoriya Kyer Teylviq təqdim edib. Mərasim Taylandın Pakkret şəhərində keçirilib.
İkinci yeri Tayland təmsilçisi Pravinar Sinqh tutub. İlk beşliyə həmçinin Stefani Asabali (Venesuela), Attisa Manalo (Filippin) və Olivia Yase (Kot-d'İvuar) daxil olub.
Bu il titul uğrunda 120 ölkədən olan iştirakçılar mübarizə aparıb.
Bununla belə, müsabiqə qalmaqalsız ötüşməyib. Noyabrın əvvəlində keçirilən ilkin tədbirdə "Kainat Gözəli"nin Tayland direktoru Navad İtsaraqrisil efirdə Fatimə Boşu Tayland haqqında kifayət qədər təbliğat materialı təqdim etmədiyi üçün açıq şəkildə tənqid edib və onu "axmaq" adlandırıb. Model isə cavabında Tayland direktorunun ona bir qadın kimi hörmət etmədiyini bildirib. Bundan sonra İtsaraqrisil onu zaldan çıxarmaq üçün mühafizə çağırıb. Bir neçə iştirakçı Boşla birlikdə zaldan çıxaraq ona dəstək nümayiş etdirib.
Hadisə təşkilatçıları iştirakçılara qarşı pis rəftarda ittiham etməyə və geniş beynəlxalq reaksiyaya səbəb olub. Meksika prezidenti Klaudiya Şeynbaum baş verənləri "təcavüz" adlandırıb və qeyd edib ki, Boş vəziyyətə "ləyaqətlə" cavab verib.
Qalmaqaldan sonra müsabiqənin prezidenti Raul Roça Kantyu İtsaraqrisili kəskin tənqid edib və onu səlahiyyətlərini ciddi şəkildə sui-istifadə etməkdə ittiham edib. O bildirib ki, İtsaraqrisilin müsabiqə ilə bağlı tədbirlərdə iştirakını məhdudlaşdırıb.
Almaz Həsənli

















.jpg)


.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)


























