Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram

Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram

5 Yanvar 07:51
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynanın Kreml lideri Vladimir Putinin Rusiyanın Novqorod bölgəsindəki iqamətgahına hücum etdiyinə dair heç bir fakt, dəlil və ya sübut yoxdur.

Bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında deyilib. Mətbuat konfransı zamanı ABŞ Prezidenti hücumun baş verdiyinə inanmadığını bildirib.

"Mən bu hücumun baş verdiyinə inanmıram", - deyə Ağ Ev rəhbəri suala cavab verib.
Jurnalistlər əlavə olaraq qeyd ediblər ki, iqamətgaha hücum barədə ona Putin məlumat verib. Bu səbəbdən media Trampın Putinə niyə inandığını və İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə çıxışı zamanı niyə dərhal bunu açıq şəkildə dediyini soruşdu. Prezident buna belə cavab verdi:

"Çünki o vaxt heç kim bilmirdi. Yəni, bu barədə ilk dəfə eşitmişdim... O dedi ki, evinə hücum edilib. İndi bunu təsdiqləyə bildiyimiz üçün bunun baş verdiyinə inanmırıq. Amma bu barədə onda ilk dəfə eşitmişdik", - Tramp bildirib.

Əziz MUSTAFA