Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro həbs edildi
Braziliya Ali Məhkəməsi çevriliş cəhdinə görə 27 il həbs cəzasına məhkum edilmiş keçmiş prezident Jair Bolsonaronun həbsi barədə qərar qəbul edib. Bu barədə Associated Press agentliyi keçmiş prezidentin köməkçisi Andriely Chirinoya istinadən məlumat verir.
Bolsonaro avqust ayından bəri ev dustaqlığında idi. Köməkçinin sözlərinə görə, o, bu səhər həbs olunaraq Braziliyadakı federal polis qərargahına aparılıb.
Məhkəmə qərarında deyilirdi ki, həbs "keçmiş prezidentin ləyaqətinə tam hörmətlə, qandalsız və mediada işıqlandırılmadan həyata keçirilməlidir".
Bolsonaronun vəkili Reuters agentliyinə həbsin səbəblərini izah etməyib. Vəziyyətlə tanış olan mənbə bunu ev dustaqlığının şərtlərinin pozulması səbəbindən "profilaktik tədbir" adlandırıb.
Prokurorluğun məlumatına görə, keçmiş prezident rəqibi, hazırkı prezident Luis İnasio Lula da Silvanın seçkilərinə müdaxilə etməyə cəhd edib.
Əziz Mustafa





























.jpg)











.jpg)
.jpg)































.jpg)





