AFEN Plazada partlayış: 5 nəfər xəstəxanaya yerləşdirilib

AFEN Plazada partlayış: 5 nəfər xəstəxanaya yerləşdirilib

10:50
Bəyəndim (1) Bəyənmədim (0)

AFEN Plazada baş verən partlayış nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə qədər ziyan dəyib.

Hadisə ilə bağlı TƏBİB-dən mətbuata verilən açıqlamaya görə, bir zərərçəkənə (kişi) termik yanıq diaqnozu qoyulub, digər dörd nəfərə (bir kişi, üç qadın) isə bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirilib. Zərərçəkənlər hazırda tibb müəssisəsində müalicə alırlar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

REAL TV-nin məlumatına görə, isə partlayış səhər saat 9:00 radələrində Əhməd Rəcəbli küçəsində yerləşən AFEN Plaza biznes mərkəzində baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, partlayış yerinə polis çağırılıb və hadisə ofislərdən birində baş verib.

TƏBİB-in məlumatına görə, bu gün təxminən saat 9:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə. Rəcəbli küçəsindəki müəssisədə partlayış baş verməsi barədə zəng daxil olub.

Hadisə yerinə dərhal iki təcili yardım briqadası göndərilib.

Tibb işçiləri zərərçəkənlərə yerində ilkin tibbi yardım göstəriblər; ümumilikdə beş nəfər (iki kişi və üç qadın) xəsarət alıb. Hamısı çoxsaylı xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Saat 9:39-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsində yerləşən müəssisədə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

https://twitter.com/i/status/1992840052364476492

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti, eləcə də Bakı Regional Mərkəzinin bölmələri dərhal hadisə yerinə göndərilib.

Əlavə məlumat veriləcək.

Oxuməni.az