Türkiyə Taxıl İdarəsi Rusiyadan buğda alışını bərpa edib
Türkiyə Taxıl İdarəsi (TMO) 2023-cü ilin fevral ayından bəri dayandırdığı Rusiya buğdasının alışını bərpa edib. Bu barədə Taxıl İxracatçıları və İstehsalçıları Birliyi Telegram kanalında TMO tərəfindən treyderlərə göndərilən bildirişə istinadən məlumat verib.
TMO Birləşmiş Taxıl Şirkətindən 300.000 ton buğda alıb. Alış qiyməti açıqlanmayıb, yalnız C&F əsasında aparıldığı bildirilib.
Bu, 2023-cü ilin fevral ayından bəri ilk buğda alışıdır. Türkiyənin 2025/26 mövsümü üçün buğda məhsulu əvvəlki mövsümdəki 19 milyon tondan və 2023/24 mövsümündə rekord 21 milyon tondan 17,9 milyon tona düşüb. Son iki mövsümün yüksək məhsuldarlığı TMO-nun xaricdən buğda alışını dayandırmasına səbəb olub.
Rusiyadan Türkiyəyə kommersiya kanalları vasitəsilə buğda tədarükü müxtəlif templərlə davam edib.
Rusiya Taxıl Birliyinin monitorinqinə əsasən, bu ilin oktyabr ayında Türkiyə Misirdən sonra Rusiyadan buğdanın ikinci ən böyük alıcısı olub. Bu ölkəyə 883 min ton buğda göndərilib ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 1,9 dəfə çoxdur.
Əziz Mustafa













.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)



































.jpg)