Gürcüstandan Azərbaycana heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb

Gürcüstandan Azərbaycana heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb

16:15
Bəyəndim (0) Bəyənmədim (0)


Gürcüstandan Azərbaycana Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların idxalına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir.
Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.
Almaz Həsənli