Rusiyada Telegram-ın tam bloklanmasının mümkün tarixi açıqlandı
Rusiyada fəaliyyəti məhdudlaşdırılan populyar messencer Telegram ölkədə aprelin 1-də tamamilə bloklana bilər. Oxuməni.az-ın məlumatına görə, tam bloklanmanın mümkün tarixini “Baza” nəşri açıqlayıb.
“Baza” nəşrinə bir neçə idarədən olan mənbələr xidmətə girişin aprelin 1-dən bağlanacağını bildiriblər. Messencerin bloklanmasının Instagram və Facebook (hər iki sosial şəbəkə Rusiyada qadağandır ) ilə analogiya üzrə həyata keçiriləcəyi gözlənilir.
Nəşrdə həmçinin qeyd olunur ki, "proqram [Telegram] nə mobil şəbəkələr, nə də stasionar internet sistemləri vasitəsilə yüklənməyəcək".
Daha əvvəl məlum olmuşdu ki, Telegram administrasiyası bir gün ərzində qadağan olunmuş məzmunlu 235 mindən çox qrup və kanalı bloklayıb. Dövlət Dumasında platformanın bu addımını şərh edərkən, bunu nümayişkaranə "birdəfəlik təmizləmə" adlandırıblar.
Almaz Həsənli




















.jpg)
.jpg)
.jpg)


























































