İran MAQATE rəhbərinin ABŞ ilə danışıqlarda iştirakı imkanını müzakirə edir
İran, MAQATE-nin baş direktoru Rafael Qrossinin ABŞ ilə nüvə proqramı üzrə növbəti danışıqlar raundunda iştirakına imkan verə bilər.
Oxuməni.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib və məsələnin müzakirə mərhələsində olduğunu qeyd edib.
Onun sözlərinə görə, hələlik yekun qərar qəbul edilməyib, lakin agentlik rəhbərinin əvvəlki məsləhətləşmələr mərhələsindəki rolu nəzərə alınaraq bu məsələ qaldırılıb.
İyun 2025-ci ildə ABŞ-ın zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərinə MAQATE inspektorlarının buraxılması perspektivlərinə münasibət bildirən diplomat qeyd edib ki, bunun üçün xüsusi prosedur hazırlanması tələb olunur. Bu prosedur, o cümlədən İran parlamentinin qəbul etdiyi qanunun müddəaları da daxil olmaqla, bütün hüquqi məqamları nəzərə almalıdır.
Baqai vurğulayıb ki, hazırkı mərhələdə tərəflər belə addımların praktik həyata keçirilməsinə hələ keçməyiblər. Bununla belə, o əlavə edib ki, Tehranın agentliklə qarşılıqlı əlaqəsi işgüzar əlaqələr və məlumat mübadiləsi formatında daimi olaraq davam edir.
Daha əvvəl xəbər verilmişdi ki, İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda Tehranın uranın zənginləşdirilməsini dayandırmağa və ehtiyatlarının bir hissəsini, məsələn, Rusiyaya verməyə hazır olduğunu bildirib.
Almaz Həsənli















































.jpg)
.jpg)
.jpg)































