Dronlar Başqırdıstandakı strateji obyektə zərbələr endiriblər, yanğın başlayıb
Dronlar Başqırdıstandakı strateji obyektə-Çerkassı LPS-ə zərbələr endiriblər, yanğın başlayıb.
Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Ukrayna Müdafiə nazirliyinin çərşənbə günü verdiyi açıqlamasında deyilir.
Çerkassı LPS ildə təxminən 2 milyon ton neft məhsulları daşıyır və onun çən parkı ümumi tutumu 385.000 kubmetrdən çox olan 27 çəndən ibarətdir.
Transneft-Urals sistemindəki əsas obyekt olan Başqırdıstan Respublikasındakı Çerkassı LPS-ə ziyan dəyib.
"Obyekt Ukrayna dövlət sərhədindən 1500 kilometr məsafədə yerləşir. Xüsusi əməliyyat Ukrayna prezidentinin Rusiyanın hərbi və iqtisadi potensialını sistematik şəkildə azaltmaq tapşırığının bir hissəsi olaraq həyata keçirilib", - deyə bəyanatda bildirilir.
Obyektə qarşı ən azı səkkiz drondan istifadə edildiyi bildirilir. Zərbələr nəticəsində stansiyanın istehsal müəssisələrində və rezervuar parkının yaxınlığında yanğın baş verib.
"Çerkassı LVDS Transneft-Ural sistemində əsas obyektdir. Stansiya Ufa Neft Emalı Zavodundan əsas neft boru kəmərlərinə yüngül neft məhsullarını qəbul edir, toplayır, saxlayır və vurur. Bu obyekt vasitəsilə hər il təxminən 2 milyon tona yaxın neft məhsulları daşınır və rezervuar parkında ümumi tutumu 385.000 kubmetrdən çox olan 27 rezervuar var", - deyə açıqlamada qeyd olunur.
Bu cür obyektlərin dağıdılması Rusiya Federasiyasının mərkəzi və şərq bölgələrində neft məhsullarının çatdırılmasının logistikasını əhəmiyyətli dərəcədə çətinləşdirir və təcavüzkar dövlətin hərbi-sənaye kompleksinin ehtiyaclarını ödəyən yanacaq daşınması sisteminin fəaliyyətinə mənfi təsir göstərir.
Xatırladaq ki, çərşənbə axşamı Rusiyanın iki neft emalı zavoduna - Saratov və Nijnekamskda (Tatarıstan), eləcə də Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk aerodromuna zərbə endirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Həmçinin bu gün Ukrayna Silahlı Qüvvələrinin DSX komandanı Robert "Madyar" Brovdi Azov dənizində Rusiya kölgə donanmasına məxsus doqquz tankerin məhv edildiyini bildirib.
Əziz Mustafa






.jpg)








.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)

.jpg)





.jpg)
.jpg)
.jpg)

















.jpg)







.jpg)
.jpg)


























