ABŞ doqquzuncu gecədir ki, İrana zərbələr endirir
ABŞ ordusu doqquzuncu gecədir ki, İran ərazisindəki hədəflərə zərbələr endirir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, iyulun 20-də hücumlar İran vaxtı ilə saat 02:30-da başlayıb. Oxuməni. az xəbər verir ki, CENTCOM-un bəyanatına əsasən, yeni zərbələrin məqsədi İslam Respublikasının hərbi potensialını daha da zəiflətməkdir. Amerika tərəfi iddia edir ki, bu potensial Hörmüz boğazında ticarət gəmilərinə və mülki dənizçilərə hücumlar üçün istifadə olunur.
İran isə öz növbəsində ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə hücumlar təşkil edir.
ABŞ prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının finalından Vaşinqtona qayıdarkən yeni hücumları İranla müharibə zamanı ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olmasına cavab adlandırıb. "Bu gecə biz onlara yenidən çox ciddi zərbə endirdik", - deyə Tramp bildirib. - "Biz bunu həlak olan əsgərlərimizin xatirəsinə etdik".
Yaxın Şərqdə yeni eskalasiya başlayandan bəri CENTCOM üç hərbi qulluqçusunun həlak olduğunu bildirib. Bununla da İranla müharibə başlayandan bəri həlak olan ABŞ hərbçilərinin sayı 17-yə çatıb.
ABŞ və İran arasında hərbi qarşıdurmanın güclənməsi fonunda ötən həftəsonu Hörmüz boğazından keçən gəmilərin sayı azalıb. London Fond Birjasının məlumatına görə, iyulun 19-da boğazdan dörd, iyulun 18-də isə səkkiz gəmi keçib.
Almaz Həsənli



















































































