Nepalda bir qadın 10 gündən sonra sağ tapılıb
Nepalda xilasedicilər avqustun 26-da ölkədə baş verən daşqın zamanı itkin düşmüş hesab olunan bir qadını sağ tapıblar. Oxuməni. az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qadının ailəsi artıq onun üçün yas mərasiminə başlamışdı.
Çandiki Kumari Şresta su axınları ilə dağılmış evində, su və palçıq arasında qalan dar bir hava boşluğunda 10 gün keçirib. Polis zabiti Mahendra Darnal bildirib ki, dörd mərtəbəli ev daşqın nəticəsində sürüşərək qumluqlara düşüb. Axtarış zamanı xilasedicilər qadının kömək üçün səsləndirdiyi səsi eşidiblər. 45 dəqiqəlik işdən sonra onu dağıntılar altından çıxararaq xəstəxanaya çatdırmaq mümkün olub.
Xatırladaq ki, avqustun 26-da Lanqtanq-Lirunq dağında buzlaq uçqunu baş verib və bu, daşqına səbəb olub. Təbii fəlakət nəticəsində 1,3 mindən çox insan həlak olub, təxminən 5 min nəfər isə itkin düşmüş hesab olunur. 274 əcnəbi də daxil olmaqla, 13 mindən çox insan xilas edilib.
Almaz Həsənli




















































































