Bayden Trampın ideyalarını oğurlamaqda ittiham olunub

Bayden Trampın ideyalarını oğurlamaqda ittiham olunub

14 İyul 2020 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Qarşıdan gələn seçkilərdə ABŞ Demokrat Partiyasının ən çox ehtimal olunan namizədi, keçmiş vitse-prezident Co Bayden hazırkı Amerika lideri Donald Trampın ən çox qazanan ideyalarını oğurlamağa çalışır.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu siyasət Konqresin Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriçi FOX xəbərlər telekanalının efirində ittiham edib.

Onun sözlərinə görə, Bayden qərargahında yaxşı sosioloqlar çalışır və onlar Trampın seçkiqabağı vədlərinin perspektivini qiymətləndirə biliblər və keçmiş vitse-prezidentə analoji bəndləri öz proqramına daxil etməyi təklif ediblər. "Onlar dedilər: "bilirsiniz, Prezidentin yaxşı bir mesajı var, niyə onu oğurlamırsınız?" - deyə Qinqriç bildirib.

Oxuməni.az