ABŞ məhkəməsi 24 səudiyyəlinin terror aktları ilə bağlı ifadə verməsini istəyir

ABŞ məhkəməsi 24 səudiyyəlinin terror aktları ilə bağlı ifadə verməsini istəyir

12 Sentyabr 2020 12:08
Bəyəndim (3) Bəyənmədim (0)

Manhattan federal məhkəməsi Səudiyyə Ərəbistanının 24 vəzifəli şəxsinin, o cümlədən, Krallığın ABŞ-dakı keçmiş səfirinin də istintaqa ifadə verməsi barədə qərar qəbul edib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, belə bir qərarın qəbul edilməsinə səbəb 11 sentyabr terror aktlarında həlak olanaların yaxınlarının tələbi olub.

Hakimin də etiraf etdiyi kimi, Səudiyyə Ərəbistanı Krallığının ABŞ-dakı keçmiş səfiri terror aktlarında iştirak edən iki şəxsə kuratorluq etməyib. Lakin araşdırmanın materialları göstərir ki, eks-diplomat yəqin ki, həmin şəxslərdən birinin terror aktlarında iştirak etməsindən xəbərdar olub.

Oxuməni.az