Cozef Bayden: Dağlıq Qarabağda müharibə bölgədə daha böyük münaqişəyə çevrilə bilər
Demokratlardan olan prezidentliyə namizəd Cozef Bayden Dağlıq Qarabağdakı hadisələrin bölgədə daha böyük bir münaqişəyə çevrilə biləcəyini hesab edir.
Oxuməni.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentliyinə namizəd Cozef Baydenin açıqlamasında deyilir.
Məlumata əsasən, o mövcud ABŞ rəhbərliyini atəşkəs üçün tədbirlər görməyə çağırır:
"Dağlıq Qarabağda hərbi əməliyyatların baş verməsindən çox narahatam və Ermənistanla Azərbaycan arasında təcili olaraq gərginliyin azaldılması, atəşkəs və danışıqların davam etdirilməsinə çağırıram".
Oxuməni.az
Digər xəbərlər