Dünyanın ən çox satılan smartfonu bəlli oldu
iPhone 17 seriyasının ən ucuz smartfonu 2026-cı ilin birinci rübündə ən çox satılan model olub. Oxuməni.az xəbər verir ki, bu barədə “Counterpoint Research” (CR) şirkətinin hesabatında bildirilir.
İlk üç ayda iPhone 17 dünyanın ən çox satılan smartfonu olub. Onun payı altı faiz təşkil edib. Bununla belə, ilk üçlüyü Apple cihazları tutub – onlardan sonra iPhone 17 Pro Max və iPhone 17 Pro yer alıb. Amerikalı brendin yeni cihazlarının uğuru artan tələblə izah olunub.
Siyahıya həmçinin Samsung cihazları daxil edilib – Galaxy A07 4G, Galaxy A17 5G, Galaxy A56, Galaxy A36 və Galaxy A17 4G. Topda digər Apple smartfonu – iPhone 16 və Xiaomi Redmi A5 də qeyd olunub.
CR-in baş analitiki Harşit Rastoginin sözlərinə görə, iPhone 17 öz sələfindən əhəmiyyətli fərqləri sayəsində çox populyar olub. Cihaz 120 hers tezlik dəstəkli ekran, 256 giqabayt yaddaş və 48 meqapiksel obyektivli ikiqat kamera alıb. Samsung cihazları arasında isə yalnız Galaxy A seriyasının telefonları topa düşüb.
Nəticədə CR analitikləri bildiriblər ki, ən populyar 10 smartfonun payına dünya satışlarının 25 faizi düşüb. Bu, birinci rüb üçün tarixdə ən yüksək göstəricidir.
Almaz Həsənli





































.jpg)
.jpg)
.jpg)

















































