
Gündə 10 000 addım atmaq lazım deyil: elm adamları məşhur mifi dağıtdılar
Gündə 10 000 addım atmaq tövsiyəsi qeyri-elmi olaraq tanınıb - 7 000 addım atmaq kifayətdir, “Financial Times” “The Lancet”-də yeni araşdırmaya istinadən yazır. Tədqiqatçılar hesab edirlər ki, artıq gündə 7000 addım atmaqla ölüm riski kəskin şəkildə azalır.
Nəşr qeyd edir ki, 10 000 addım indikatorunun mənşəyi 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunlarından əvvəl addımölçən buraxan Yaponiyanın “Yamasa” şirkətinin marketinq kampaniyası ilə bağlıdır.
160,000 böyüklərin sağlamlıq məlumatlarının təhlili göstərdi ki, gündə 7,000 addım ürək-damar xəstəlikləri, xərçəng, 2 tip diabet və demans riskini 2,000 addımla müqayisədə 47% azaldır. Fəaliyyətin daha da artması daha az təsir göstərir: 10.000 addımla ölüm 48%, 12.000 ilə isə 55% azalır.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, 10 min addım hədəfinə əməl edənlərin planı aşağı salaraq mütləq 7 minə endirməsinə ehtiyac yoxdur. Tədqiqat yalnız normaya ciddi riayət etmək zərurəti haqqında mifi dağıtmağa kömək edir.
Almaz Həsənli