İş vaxtından artıq işləyən robot "intihar edib"

İş vaxtından artıq işləyən robot "intihar edib"

10 İyul 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyanın Qumi Şəhər Bələdiyyəsində işləyən dövlət qulluqçusu robotunun 2 metr uzunluğundakı nərdivandan tullanaraq “intihar etdiyi” bildirilib. İntiharın səbəbi məlum olmasa da, araşdırmalar çərçivəsində qırıqlar ekspertizaya aparılıb. Məlumata görə, bu, indiyə qədər qeydə alınan ilk robot intiharıdır.
Robot bələdiyyə işçiləri tərəfindən saat 16:00 radələrində birinci və ikinci mərtəbələr arasında pilləkənlərin dibində tapılıb. O, qəsdən özünü 2 metr uzunluğundakı nərdivandan atıb.
Beynəlxalq Robototexnika Federasiyasının hesabatına görə, Cənubi Koreyada hər on normal “insan” işçiyə bir robot işçi düşür…

Oxuməni.az