Dünyanın ən böyük aysberqi burulğanda ilişib

Dünyanın ən böyük aysberqi burulğanda ilişib

6 Avqust 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən böyük aysberqi kimi tanınan və 30 ildən artıq müddətdə hərəkətə keçən “A23a” aylardır Antarktida yaxınlığındakı burulğanda fırlanır.

BBC xəbərlərinə görə, 1986-cı ildə Antarktika sahil zolağından qoparaq Ueddell dənizində quruya çırpılaraq "buz adasına" çevrilən "A23a" adlı aysberq keçən idən aktivləşib.

Mütəxəssislər adətən okeanın güclü axınının təsiri nəticəsində hərəkət edən aysberqin aylardır Antarktidanın şimalındakı bir nöqtədə saat əqrəbinin əksinə fırlandığını bildirirlər.

Xatırladaq ki, dünyanın ən böyük aysberqi kimi tanınan “A23a”, təxminən 4 min kvadrat kilometr səth sahəsinə və təxminən 400 metr qalınlığa malikdir.

Oxuməni.az