İlk internet saytının 33 yaşı olub

İlk internet saytının 33 yaşı olub

7 Avqust 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

İngilis alimi Tim Berners-Li 33 il əvvəl, 6 avqust 1991-ci ildə "World Wide Web" (www) layihəsini təqdim edən mətnin daxil olduğu ilk veb-saytı açıb.
Hərbi və akademik araşdırmalar üçün məhdud çıxışla həyata keçirilən internet, ticarətdən təhsilə, əyləncədən nəqliyyata qədər həyatın demək olar ki, hər sahəsini yenidən formalaşdıran texnoloji inkişaf olaraq ön plana çıxdı.
İngilis alimi Tim Berners-Li-nin “World Wide Web” (www) layihəsini təqdim edən mətni özündə əks etdirən ilk internet saytı 20 dekabr 1990-cı ildə fəaliyyətə başlayıb.
O zaman yalnız İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzindən (CERN) daxil olmaq mümkün olan internet saytı hələ “www” kimi fəaliyyət göstərmirdi.
Berners-Li "World Wide Web" layihəsi 6 avqust 1991-ci ildə kənar şəxslərə açıq olduğü gün istifadə edilən internet səhifəsinin ilk nümunəsi kimi qeydə alındı.
Beləcə, dövrün ən böyük ixtiralarından biri sayılan internet insanlar arasında ünsiyyətdən ticarətə, təhsilə, nəqliyyata kimi həyatın bütün sahələrində ən çox istifadə edilən alətə çevrilmişdir...


Oxuməni.az