Çində “Rusiya Film Festivalı” başa çatan kimi “Ukrayna Film Festivalı” başlayacaq

Çində “Rusiya Film Festivalı” başa çatan kimi “Ukrayna Film Festivalı” başlayacaq

14 Avqust 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Avqust ayında Pekində “Xatirələr və Gələcək: Ukrayna Kinosu Əsri” adlı Ukrayna kinofestivalı keçiriləcək və bu festivalda ukraynalı kinorejissorların müxtəlif dövrlərə aid filmləri Çinin sakinləri və qonaqlarına nümayiş etdiriləcək.

South China Morning Post xəbər verir ki, Çinin Nankin və Şençjen şəhərlərində baş tutan rus kinosunun yekun həftəsindən sonra şənbə günü Pekində Ukrayna filmlərinin nümayişi başlayacaq.

Təşkilatçıların qeyd etdiyi kimi, onun məqsədi tamaşaçılara Ukrayna kinosunun unikal kino dili, estetikası və tarixi inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaratmaqdır.

Oxuməni.az