Bu qəbilədə xəstə yoxdur

Bu qəbilədə xəstə yoxdur

20 Avqust 10:49
Bəyəndim (0) Bəyənmədim (0)



Uzun ömrün sirri Amazonun dərinliklərində gizlənə bilər.
Boliviyadakı tropik meşələrin dərinliklərində, elm adamlarının indiyə qədər tədqiq edilmiş ən sağlam insanlar olduğunu iddia etdikləri Tsimane qəbiləsi uzunömürlülük üçün ipucu kimi göstərilə bilər. İş o yerə çatıb ki, qəbilədəki 16 min nəfərlik əhali arasında Alzheimer xəstəliyi aşkar edilməyib.
ABŞ-ın Nyu-Meksiko Universitetindən bir araşdırma qrupunun 20 il ərzində tədqiq etdiyi 16 min əhalisi olan qəbilədə Alzheimer xəstəliyi aşkar edilməyib.
Tədqiqat qrupunun koordinatoru, boliviyalı həkim Daniel Eid Rodriguez verdiyi açıqlamada, "Bütün yetkin əhali arasında sıfır Alzheimer hadisəsi tapdıq. Bu, qeyri-adi bir vəziyyətdir" deyə bildirib.
Ovçuluq, yemək toplamaq və əkinçiliklə sağ qalan son insan qruplarından biri olan qəbilə, Tsimane icmasının istehlak etdiyi kalorilərin yalnız 54 faizi ilə müqayisədə, günün 10 faizindən azını oturaq fəaliyyətlə keçirir.
Ümumiyyətlə quş, meymun, balıq kimi ovladıqları heyvanlardan zülal əldə edən qəbilədə, yemək bişirmə tərzi tam fərqlidir. Tədqiqatçılar belə qənaətə gəliblər ki, bu cür həyat tərzi vərdişləri daha uzun yaşamanın açarı ola bilər…

Oxuməni.az