"Titanik" dən tapılan əşyalarla bağlı müəmmalar davam edir
"Titanik" gəmisində tapılan əşyaların saxlandığı gizli anbar və onların sahiblərinin hekayələri araşdırılıb.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, araşdırmada anbarın dəqiq yerinin gizli saxlanıldığı açıqlanıb.
Çünki içərisində olan bəzi əşyalar çox qiymətlidir:
“Lakin onun ABŞ-ın Corcinya ştatının paytaxtında yerləşdiyini deyə bilərik. Anbarın içərisində aşmış vanna və çökmüş illüminatordan (gəminin kabinəsindəki dairəvi pəncərə) köhnəlmiş şüşə qablara və kiçik düymələrə qədər minlərlə əşya var. Timsah dərisindən hazırlanmış çanta Atlantik okeanın şimalındakı suyun dərinliklərində onilliklər boyu toxunulmaz qalıb. Çantanın içərisində saxlanılan bəzi əşyalar sahibini tapmağı asanlaşdırıb. Çanta gəminin ən ucuz hissəsində səyahət edən Marian Meanwell adlı qadına məxsusdur. Dağıntılar altından bu qiymətli əşyaları çıxaran “RMS Titanic” şirkətinin kolleksiya meneceri Tomasina Rey deyir: "Bu gözəl çanta 63 yaşlı qadına məxsusdur. Həyat yoldaşını yeni itirən qadın qızı ilə ABŞ-a gedirdi. Çantanın içərisindəki əşyaları arasında Marian Meanwellin anasına aid olduğu güman edilən solğun bir fotoşəkil də var. Meanwellin çantasından ABŞ-da yeni həyatına hazırlaşarkən özü ilə apardığı bəzi sənədlər də tapılıb.
O, Titanikin batması nəticəsində həyatını itirən 1500 nəfərdən biri oldu”.