Honq-Konqda dinozavr fosili tapılıb
Çində ilk dəfə olaraq dinozavr fosili aşkar edilib.
UNESCO Qlobal Geoparkı daxilində Port adasında tapılan dinozavr qalığı ilə bağlı açıqlamada, Honq-Konqda ilk dəfə tapılan dinozavr fosilinin 66-145 milyon il əvvələ, yəni Təbaşir dövrünə aid olduğu qeyd edilib.
Açıqlamada dinozavrın növünün müəyyən edilməsi üçün daha çox araşdırmaya ehtiyac olduğu, çöl tədqiqatları üçün mütəxəssislərin ayrıldığı bildirilib.
Hökumət, lazımi qazıntı və araşdırmaların aparılması üçün adanın ictimaiyyət üçün bağlı olduğunu elan edib.
Bildirilib ki, tafilan fosil Tsim Şa Tsui bölgəsindəki tarix muzeyində sərgilənəcək…
Oxuməni.az
Digər xəbərlər