Orqanizmin regenerasiya qabiliyyəti 120-150 yaş arasında bitir
Alimlər son araşdırmalarla gözlənilən ömür uzunluğunun durmadan artdığını ortaya qoyub və insanların yaşaya biləcəyi maksimum yaşı hesablayıblar.
Bəşəriyyət əsrlər boyu daha uzun və sağlam yaşamağın sirrini axtarır. Beləliklə, insanların yaşaya biləcəyi maksimum yaş nədir? Elm adamları bu suala cavab tapmaq üçün illərdir çalışırlar.
Alimlər qocalma prosesini yavaşlatmaq üçün müxtəlif dərmanlar üzərində işləyirlər. Bununla belə, bu tədqiqatlar hələ də eksperimental mərhələdədir və nəticələrin daha çox araşdırmaya ehtiyac var.
Hazırkı nəticələr göstərir ki, insan orqanizminin regenerasiya qabiliyyəti 120-150 yaş arasında bitir.
Son araşdırmalara görə, insan ömrünün bioloji sərhədləri haqqında qəti cavab vermək mümkün deyil. Lakin genetik və bioloji analizlər insanların nəzəri olaraq 120-130 yaşa qədər yaşaya biləcəyini deməyə əsas verir. Bu yaş həddi bədənin hüceyrə yenilənmə qabiliyyətinə və genetik faktorlarına görə dəyişə bilər…
Oxuməni.az